DÇ-2022-yə ev sahibliyi Qətərin milli komandası mundialda iştirakını başa vurub.
"Unikal" xəbər verir ki, Asiya təmsilçisinin çıxışı fiasko ilə yadda qalıb.
Feliks Sançesin yetirmələri dünya çempionatının qrup mərhələsində hər 3 oyunda məğlub olan ilk meydan sahibi komanda kimi tarixə düşüb.
Qeyd edək ki, Qətər yığması müvafiq olaraq Ekvador (0:2), Seneqal (1:3) və Niderlanda (0:2) uduzub.