Bakının Xətai rayonunda iki bacının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Əmirova Aynura Ramiz qızı və bacısı, 1984-cü il təvəllüdlü Əsgərova Könül Ramiz qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.