Rusiyanın "Lukoyl" neft şirkəti sanksiyalara görə Aralıq dənizinə aparan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə çıxışı dayandırıb.

"Unikal"  Reuters mənbələrinə istinadən xəbər verir ki, BTC-yə girişin qadağan edilməsi qərarı boru kəməri operatorunun Qərb səhmdarları tərəfindən qəbul edilib.

Agentliyin məlumatına görə, dekabrın 5-dən qüvvəyə minən və Avropa şirkətlərinə Rusiya neftinin qiyməti tavan qiymət həddində müəyyən ediləndən yüksək olarsa, onu almağı və nəql etməyi qadağan edən Qərb sanksiyaları səbəbindən Lukoil artıq marşrutdan istifadə edə bilməyəcək.

Gültəkin Ələsgər