İspaniyanın baş naziri Pedro Sançesin ofisinə, noyabrın 24-də Ukraynanın Madriddəki səfirliyinə, İspaniyanın silah istehsalçısına və hava qüvvələri bazasına içində partlayıcı maddə olan bağlama göndərilib.

"Unikal" "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik partlayıcı qurğuların olduğu silsilə məktublardan sonra dövlət və diplomatik binaların yaxınlığında mühafizənin gücləndiriləcəyini qeyd edib.

***15:29

İspaniyanın Müdafiə Nazirliyinə içində partlayıcı maddə olan məktub göndərilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

Bundan əvvala Torrexon-de Ardos şəhərindəki aviabazada içində partlayıcı maddə olan bağlama aşkar edilib.

Gülayə Mecid