Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, həmsöhbətlər Qarabağ problemi ilə bağlı məsələləri müzakirə ediblər.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ağarza Elçinoğlu