Faciə: deputat Hikmət Atayev yol qəzasında həlak oldu
12:59 08-03-2013
İQTİSADİYYAT
Azərbaycanda millət vəkili yol qəzasında ölüb. APA-nın məlumatına görə, hadisə Balakən-Gürcüstan sərhəd yolunda qeydə alınıb. Gürcüstandan Balakən istiqamətində hərəkət edən, Milli Məclisin deputatı Hikmət Atayevin idarə etdiyi “VAZ-2106” markalı maşın “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Balakən rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, H. Atayev Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Lakin qəzada millət vəkilinin oğlu elə ciddi xəsarət almayıb.
Qeyd edək ki, Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005 – 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40