ABŞ-la sərhəddə narkotik satışı ilə əlaqəli cinayətkar təşkilatın 7 üzvü Meksika hərbçiləri ilə atışma zamanı öldürülüb.

"Unikal" xəbər verir ki, polisin məlumatına görə, kartel üzvləri ABŞ sərhədindən 3 mil məsafədə hərbi qulluqçulara hücum ediblər. Atışma zamanı bir əsgər və dəstənin yeddi üzvü öldürülüb.

Bu, iki həftə ərzində ikinci atışma olub.

Prezident Andres Manuel Lopez Obrador, noyabr ayında atışmanın narkotik kartelinin liderinin həbsi ilə baş verdiyini söyləyib, lakin ətraflı məlumat verməyib.

Gültəkin