İranın İsrailin Bat Yam şəhərinə endirdiyi zərbələr nəticəsində beş Ukrayna vətəndaşı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Ölənlər arasında 3 uşağın olduğu bildirilir. Ukrayna Xarici İşlər Nazirliyi İsrail tərəfi ilə əlaqə saxladıqlarını və qalıqların müəyyən edilərək vətənlərinə qaytarılması istiqamətində addımlar atdıqlarını bildirib.