"Pensiya məbləğindəki artım inflyasiya deyil, orta aylıq əmək haqqındakı faizə uyğunlaşdırmaqdır. Kartlara köçürülən pensiya məbləği orta aylıq əmək haqqına uyğunlaşdırılır. Bu o deməkdir ki, 2022-ci ildə respublika üzrə orta aylıq əmək haqqı neçə faiz artıbsa, həmin faizə uyğun olaraq 2023-cü ilin yanvarından etibarən pensiya məbləğləri artırılır".
"Unikal" xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov "ARB24"də bildirib.
Deputat əlavə edib ki, yanvardan etibarən pensiyalar 15 faiz artırılacaq:
"Əgər vətəndaş bu günə qədər 300 AZN pensiya alırdısa, həmin pensiya 15 faiz artaraq 345 manat olacaq. Eyni zamanda 500 manat pensiya alanlar isə 575 manat pensiya alacaqlar. Məbləğindən asılı olmayaraq əmək pensiyası alan bütün şəxslərin pensiyası artacaq".