Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru, Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru Roman Yahoda bu gün İTV kanalında yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub.
"Unikal" xəbər verir ki, aparıcıların suallarını cavablandıran Roman Yahoda ASAPES-də ixtisaslı kadrların hazırlanması üçün yaradılan şəraitdən, gördüyü işlərdən və keçdiyi təlimlərdən danışıb, eyni zamanda “ComplexCore” təşkilatı barədə ətraflı məlumat verib.
Avstriyalı mütəxəssis daha sonra bel ağrılarından azad olmaq üçün tövsiyə edilən praktik və sadə hərəkətlər nümayiş etdirib.