Azərbaycan-Rusiya Birgə Komissiyasının 23-cü görüşü Pyatiqosk şəhərində keçirilib.
"Unikal" xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 23-ci görüşü 07-09 dekabr 2022-ci il tarixində Rusiya Federasiyasının Pyatiqosk şəhərində keçirilib.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, komissiyanın üzvləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.
Keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmışdır. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanmışdır.