Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının SABAH S130A1 qrupunun tələbələri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Təhsil və Reabilitasiya mərkəzində praktiki təlim keçiblər.
"Unikal" xəbər verir ki, təlimdə ASAPES SABAH tələbələri futbol üzrə Azərbaycan milli komandasının istifadəsində olan müxtəlif tip fizioterapevtik avadanlıqlara baxış keçirib, cihazların işləmə prinsipləri və idmanda müxtəlif zədələrin müalicəsindəki istifadəsi, fərqli qrup idman zədələri olan idmançıların reabilitasiya prosesi ilə tanış olub, həmçinin konservativ müalicə planının tətbiqi və hazırlanmasında iştirak ediblər.
Praktiki təlim ASAPES SABAH S130A1 qrupunda “Travmatologiya və ortopediya” fənnini tədris edən AFFA-nın Təhsil və Reabilitasiya mərkəzinin həkim-reabilitoloqu Olcay Bayramov tərəfindən təşkil olunub.