15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 mlrd. manatı keçib.
"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O bildirilib ki, qeyri neft-qaz sektorundan daxilolmalar isə 7,9 mlrd. manata çatıb. "Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk"- nazir öz şərhində deyib.