Bakının Xətai rayonunda bir nəfəri öldürməkdə, iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Belə ki, dekabrın 18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.
Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.
*** 08:52
Bakıda üç nəfərin bıçaqlanması və bir nəfərin ölümü ilə bağlı cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda iş üzrə istintaq davam edir.