"Azərbaycanda İKT sahəsi üzrə mütəxəssis azdır. Bir-iki dəfə təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı görüşmüşəm. Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Təhsil Nazirliyinin müqaviləsi olsun. Bu sahədə xaricə oxumağa göndərilən şəxslər ayrılsın".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
"Xarici ölkələrdə İKT sahəsində ciddi mütəxəssislər hazırlansın. Bu şərtlə ki, təhsilini bitirdikdən sonra Azərbaycana qayıtsın. Ona görə ki, xaricdə təhsil alanların çoxu Azərbaycana qayıtmır. Daha münbit şərait və yüksək maaş olduğu üçün orada qalırlar", - deyə V.Əhmədov bildirib.
Anar Kəlbiyev