Tovuz şəhərində evdən 13 min 500 manat nəğd pul və ümumi dəyəri 400 manat olan qızıl-zinət əşyaları oğurlanıb, saxlanılan var.
"Unikal" xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin ev sahibinin oğlu olduğu müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.