Dünyaca məşhur Hollivud ulduzu Leonardo Di Kapri 23 yaşlı sevgilisi ilə görüntülənib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı aktyor 23 yaşlı həmkarı Viktoriya Lamasla jurnalistlərin obyektinə tuş gəlib. 

Avqust ayında 25 yaşı tamam olan Camila Morrone ilə 4 illik münasibətini bitirən və sosial mediada "25 yaşdan yuxarı qadınlarla olmayacağını"  açıqlayan amerikalı aktyor Leonardo Di Kaprionun özündən 25 yaş kiçik sevgilisi diqqət çəkib.