Azərbaycanda avtomobil benzininin istehsalı artıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3693,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3 faiz azalıb.
Yanacaq mazutunun istehsalı 30,0 faiz, avtomobil benzininin istehsalı 1,8 faiz artıb, neft bitumu istehsalı 5,8 faiz, dizel yanacağının istehsalı 17,1 faiz, neft koksunun istehsalı 20,2 faiz, sürtkü yağlarının istehsalı 26,6 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 27,9 faiz azalıb.