Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulmasına görə cərimələr müəyyənləşir.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev