Türkiyəli məşhur müğənni Hadisənin valideynləri - atası Hasan Açıkgözlə anası Gülnihal Açıkgöz ikinci dəfə boşanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili İstanbul Ailə Məhkəməsinə müraciət edib. Onlar 24 il əvvəl Belçikada boşansalar da sənəd Türkiyədə tanınmayıb. Bu səbəbdən məhkəməyə müraciət edən cütlüyün şikayətinə baxılıb və boşanmaları rəsmi şəkildə təsdiqlənib.