Britaniyanın "Faithless" qrupunun solisti, Maksi Cazz ləqəbi ilə tanınan Maksvell Freyzer vəfat edib.

"Unikal" xəbər verir ki, məşhur "İnsomnia" mahnısının ifaçısı 65 yaşında dünyasını dəyişib. 

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, müğənni martda səhhətindəki problemlərə görə bütün çıxışlarını ləğv etmişdi.