Bir müddətdir sevgili olduqlarını inkar edən Ayça Ayşin Turan və Murat Boz birlikdə duet oxuyublar.

"Unikal" Türkiyə  KİV-ə  istinadən xəbər verir ki, "O Ses Türkiye" yeni il çəkilişlərinə hazırlaşan cütlüyün görüntüləri diqqət çəkib. 

Belə ki, ikili  "Özledim" mahnısını ifa ediblər. Aktrisa və müğənninin bir-birilərinə baxaraq oxumaları, onların eşq iddialarını yenidən gündəmə gətirib.  

Qeyd edək ki, Ayça Ayşin Turan bir müddət əvvəl həmkarı Alp Novruzla sevgi münasibətlərinə son qoyub. 

Gülayə Mecid