Bu il dekabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 67,9 milyon manat ödənilib.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, bu tarixə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub. Bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.
“Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib”, - M.Cabbarov qeyd edib.