Müğənni Şəbnəm Tovuzlu qızı Günelin toyunu təxirə salıb.
"Unikal" xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, əvvəl övladının toyunun dekabrda olacağını desə də, sonradan fikrindən daşınıb:
"Toyu dayandırdıq, ikinci kursda oxuyur. Universiteti bitirsin, sonra. Onun üstündə çox əziyyətim olub. Arzum olub ki, qızım təhsilini alsın sonra. Sevən insan gözləyər. Qızım gündəmdə olmağı sevmir".
Şəbnəm övladının toyuna Sibel Canı gətirmək istəməsindən söz açıb:
"İmkan və məsləhət olarsa, gətirəcəyəm. Olmazsa da, öz sənətçilərimiz yer alacaq".
Qeyd edək ki, Günel noyabrda nişanlanıb.