Türkiyəli məşhur müğənni Gülben Ergen anası ilə birlikdə Ümrəyə gedib.
"Unikal" xəbər verir ki, o, sosial media hesabından çəkdirdiyi fotoları paylaşaraq, "Anama verdiyim sözə əməl etdim. Həyatımı möcüzələrlə yaşayıram, mənə, ailəmə, peşəmə, sevdiyim, dəyər verdiyim hər şeyə gülümsəyərək, möcüzələrlə yaşayıram" - deyə qeyd edib.
Məşhur adın paylaşılmasına səssiz qalmayan Demet Akalın, Şeyda Coşkun, Dilşat Erdil və Erol Köse kimi adlar "Allah qəbul etsin" şərhini yazıb.