İkinci körpəsinə hamilə olan aktrisa Fahriye Evcen sosial media hesabından yeni pozalarını paylaşıb.
"Unikal" xəbər verir ki, 7,5 aylıq hamilə olan aktrisa 13,2 milyon izləyicisi olan "Instagram" hesabından qarın pozalarını paylaşaraq "Görüşməyə az qalıb" qeydini yazıb.
Bildirək ki, "Yaprak Dökümü", "Çalıkuşu" kimi seriallardakı uğurları ilə adından söz etdirən Fahriye Evcen 2017-ci ildə həmkarı Burak Özçivit ilə dünya evinə girib və 2019-cu ildə ilk övladını qucağına alıb.