Xalq artisti Brilliant Dadaşova formada qalmaq üçün yemək yemədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, "Evdəkilərə salam" proqramı sənətçinin bacısı İradə Dadaşovanın evində qonaq olub. B.Dadaşova mətbəxə az girdiyini deyib:
"Evdə Faya adlı bir köməkçim vardı. Ona deyirdim ki, elə edin ki, mətbəxə gəlməyim. Çünki görəndə ki, o oğlum Cahad üçün nəsə bişirib, mən də yemək istəyirdim. Yeməyi çox sevirəm. Amma səhnə üçün özünü qorumaq lazimdır. Cahad saat 16:00-dan sonra heç nə yemir. O idman edir. Mən davamlı pəhrizdəyəm. Amma həyat yoldaşım yemək yeyir. Hər zaman deyirəm ki, kim səhnədə deyilsə, yeyin-için, kef edin. Bu mözvzuda isə qayda-qanunlarım var".
Oğlu Cahadı evləndirmək istəyindən danışan Dadaşova toya az adam çağıracağını bildirib:
"Oğlum toyla bağlı məsələləri danışmağı xoşlamır. Ona deyəndə ki, sənin toyunda filankəs oxuyacaq, filankəsi çağıracayıq, sevmir. Deyir ki, evlənəndə çox qonaqlara ehtiyac yoxdur. Özümüz və 10-15 nəfər olsun, bəsdir. Seçəcəyi xanım onun ürəyincə olmalıdır. İntellektual cəhətdən onlar bir-birinə maraqlı olmalıdırlar. Anası işdə-gücdə olub ki, gəlin də belə olsun? Mən, həyat yoldaşım və oğlum həddən artıq təmizkarıq.
Heç zaman vaxtım olmayıb ki, qalxıb hansısa ev işlərini görüm. Hər zaman sənətimlə bağlı işdə-gücdə olmuşam. Hər zaman da evdə köməkçimiz olub. Amma bu o demək deyil ki, bizə işdə-gücdə gəlin lazımdır. Yox. Cahad özü baxıb, seçim etsin".