Ötən gecə keçmiş həyat yoldaşı Mərt Aydınla görüntülənən aktrisa Merve Boluğur jurnalistləri təhqir edib.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, 53 günlük evliliyini bitirən aktrisanın yenidən Mərtlə birlikdə olması mətbuat mənsublarının diqqətini çəkib.
Belə ki, keçmiş həyat yoldaşı ilə görünmək istəməyən və kameraların söndürülməsini tələb edən Boluğur müxbirlə mübahisə edib. Dəfələrlə kameraların söndürülməsini istəyən Boluğur "Söndürə bilərsinizmi, xahiş edirəm. Gərginlik yaratmıram, xahiş edirəm. Görünmək istəmirəm. İnsanam, haqqım var. Sən insan deyilsən, Kədərlənirəm" , - deyə qışqırıb.
Daha sonra aktrisa keçmiş həyat yoldaşının avtomobilinə minərək ərazidən uzaqlaşıb.