Fəzail Ağamalı “Facebook”un bağlanmasını təklif etdi
16:10 11-03-2013
İQTİSADİYYAT
“Bu gün Azərbaycanda “facebook təhlükəsi” var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər”. Bu sözləri Moderator.az-a açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı söyləyib. Partiya sədrinin sözlərinə görə, Azərbaycanda “facebook” daha çox hakimiyyətə qarşı bir vasitə kimi rol oynayır: “Bu kampaniyada xaricdə oturan soydaşlarımız, erməni lobbisi və Azərbaycandakı radikal müxalifət iştirak edir. Mən hesab edirəm ki, müvafiq qurumlar indidən bu barədə düşünməlidirlər”.
F.Ağamalı onu da bildirib ki, facebook hesabına minlərlə insanın küçələrə çıxması artıq təhlükənin real olduğunu göstərir: “Mən hansısa aksiyanın əleyhinə deyiləm. Amma məsələ burasındadır ki, bu aksiyalardan başqa məqsədlər üçün istifadə oluna bilər”.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40