Zərdab rayon Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə rayon prokurorluğunda cinayət işi başlanmışdır.
"Unikal" xəbər verir ki, istintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə Elxan Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.