Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 24-də şəhər ərazisindəki evlərin birindən televizor, kondisioner, kompüter, 3 ədəd xalça, qab-qacaq və balansında 3000 manat pul olan bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırma aparılır.