Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 28-nə keçən gecə Naxçıvan dəmir yolu stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırma aparılır.