Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva barışıb.
"Unikal" xəbər verir ki, onları Xalq artisti Aygün Kazımovanın "Zaurla Günaydın" verilişində barışdırıb. Belə ki, proqram zamanı Kazımova sənətçiləri barışdırmaq qərarına gəlib. Həmin an Fatimə və Xatun göz yaşını saxlaya bilməyib.
Xatun "Aygün Kazımova, siz heç kimdən küsülü deyilsinizsə, biz də olmayaq" deyərək, barışdığını bildirib.