Ötən il reytinqlərdə birinci olan "Yalı çapkını" serialına yeni aktrisa daxil olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Mine Tuqay rol alacaq. Aktrisa "Defne" obrazına həyat verəcək. O, "Orhan Korhan"ın keçmiş sevgilisini canlandıracaq.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğluyla Mert Ramazan canlandırır.