İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

"VAZ-21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.