Ötən il dekabrın 30-da Nəsimi rayonu ərazisində “Range Rover” markalı avtomobildən 6000 manat oğurlanıb.

DİN-dən "Unikal"a bildirilib ki, bu barədə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.