"Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, sizi hər zaman hansısa bir obrazda görmüşük. Nə olub sizə? Niyə belə sadəsiniz? Cavabında söyləyirəm ki, hər yerin geyimi var".
"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Evinizin qonağı" verilişində deyib.
"Əslində bu, özüməm. Uşaq olanda məktəbə gedəndə də belə geyinirdim. Bunu sinif yoldaşlarım da təsdiqləyə bilərlər. Soltan Hacıbəyli adına Musiqi Texnikomunda təhsil aldığım zaman geyindiyim geyimlər hər zaman digər tələbə yoldaşlarım tərəfindən qəribə qarşılanırdı. Kiçik bir çantam vardı. Əl ilə toxunulmuşdu, səbətə bənzəyirdi. Ondan istifadə edirdim. Kitablarımı iç. Tənqiddən çox məni tərifləyirlər. Allah məni başdan-ayağa tərifləyir. Kimin tənqidindən qorxacağam ki? Cılız, savadsız, cahil insanların? Tənqidlər birdirsə, on tərif var. Məni isə yaşadan o təriflərdir" deyə, əlavə edib.