Yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***07:56

Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü İlham Həşimov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.