Bakı sakinlərində külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri E.Əliyev və L.Qarinseva saxlanılıblar. Onlardan 3 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.