Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.