Şəkidə yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın şəhərin Olimpiya məhəlləsi adlanan ərazisində yerləşən evdə baş verib. Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü, evə bitişik ümumi sahəsi 50 m² olan talvarın bir hissəsi, həmçinin evin içərisində olan su qızdırıcısı və paltaryuyan maşın yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seymur Əli