Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
"Cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib", - deyə DİN-in məlumatında qeyd olunub.
Qeyd olunub ki, A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində serjant kimi xidmət edib.
Araşdırmalar davam etdirilir.