Gəncədə küçədə söyüş söyən şəxs həbs edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Elmir Əliyev (ad-soyad şərtidir) 5 yanvar 2023-cü il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri, Xan bağı parkında olan zaman sərxoş halda ucadan söyüş söyüb və polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İctimai qaydanı pozan şəxs Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Murad İbrahimli