Dörd rayonda qanunsuz ağackəsmə fakları üzrə cinayət işləri başlanıb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.