ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycanı Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etməyə çağırıb.
"Unikal" xəbər verir ki, dövlət katibinin köməkçisi Donfrid Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu dərhal Laçın dəhlizi ilə malların daşınmasına icazə vermək üçün diplomatik həll yolu axtarmağa çağırıb.
"O, hər iki naziri davamlı sülhə nail olmaq prosesinə yenidən qoşulmağa çağırıb”, - Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun bəyanatında deyilir.