Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi xəstəxanada atası ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə o "Facebook"da yazıb.
"İndicə atayla görüşdüm. Dəhşətli dərəcədə arıqlayıb. Sümükləri görünür. Bənizi çox solğun və halsız idi. Oturub-duranda başı gicəllənir. Durumu sabit ağır olaraq qalər. Bildirdi ki, sistem köçürməyə icazə verməyəcəm və aclığı davam etdirəcəm", - deyə N.Həzi qeyd edib.