Deputat Aqil Abbas imkanlı şəxslərin Qarabağda evlərini özləri tikməsi təklifini dəstəklədiyini bildirib.
O "Unikal"a açıqlamasında qeyd edib ki, özü də bir neçə dəfə bu məsələni qaldırıb:
"Mən də bir neçə dəfə bu məsələni qaldırmışam ki, imkanlı adamlar Qarabağda öz evlərini tiksinlər. Bununla yanaşı, qonşusu imkansızdırsa, ona da ev tikməyə kömək etsinlər. İstəyirəm ki, bu məsələ tezləşsin. Bu olarsa, işğaldan azad olunmuş ərazilərdə rayon və kəndlərin bərpası sürətlənər. Doğrudur, hər rayonun baş planı var. İlk öncə infrastruktur qurulmalıdır. İşıq, su, qaz və s. məsələr həll olunmalıdır. Həmçinin, həmin yerlər minalardan təmizlənməlidir ki, arxayınçılıq olsun".
Qeyd edək ki, saytımızda bu məsələ ilə bağlı Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəliyinin açıqlaması yayımlanmışdı.
Anar Kəlbiyev