Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verilib.
"Unikal" xəbər verir ki, bununla bağlı partiyanın sədri Qubad İbadoğlu paylaşım edib. Bildirib ki, Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb:
"Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik", - deyə o qeyd edib.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7.-ci maddəsinə görə "Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Qanuna edilən dəyişikliyə görə, üzvlərinin sayı 4 500-dən aşağı olan siyasi partiyalar ləğv oluna bilər. Bu səbəbdən də ADR-in partiya olaraq fəaliyyətinə xitam verilib.