Ermənistan Laçın dəhlizi ilə bağlı Azərbaycanla danışıqlarda iştirak etməməlidir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.O bildirib ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı hissədə tərəf deyil.
Simonyan qeyd edib ki, Qarabağdakı ermənilərin Azərbaycanla birbaşa müzakirələr aparmaq, birbaşa danışmaq imkanı var və bununla onlar özləri məşğul olurlar.
“Ermənistan onların istənilən qərarını dəstəkləyəcək”, - erməni spiker əlavə edib.
Simonyanın sözlərinə görə, Ermənistan xarici işlər naziri Rusiya və Azərbaycan xarici işlər nazirləri ilə dekabrda Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə Laçın dəhlizi ilə bağlı vəziyyətə görə iştirak etməyib.