Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.
Səhiyyə Nazirliyindən "Unikal"a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin olunub.
Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.